Sədr müavini: Vətəndaş məmnuniyyətinin artırılması üçün islahatlar həyata keçirilib
Qeydiyyat prosesinin tam sadələşməsi, sənədləşmə prosesi və icra müddətinin minimuma, yəni 3 prosedur, 30 təqvim gününə endirilməsi, bütün informasiyaların vahid mərkəzdə toplanması və müştəri məmnuniyyətinin təmin olunması sahibkarlara və biznes mühitinə müsbət təsir göstərəcək.
Fhnews.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Etibar Məmmədov “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.
Qeyd edib ki, su şəbəkəsinə qoşulma proseslərində sahibkar-qurum münasibətlərinin minimuma endirilməsi, “Bir pəncərə” sisteminin yaradılması və təkmilləşdirilməsi proseslərin tam elektronlaşdınıması və avtomatlaşdırılması, qoşulma proseslərində vaxt limitlərinin müəyyənləşdirilməsi və idarə olunması, çəkiləcək xərclərin öncədən müəyyən olunması və minimuma endirilməsi, şəffaflığın tamin olunması və daha da artırılması bu sahədə yarana biləcək əlverişli biznes mühitinə təkan verəcək.
Sədr müavini əlavə edib ki, sahibkarlar arasında mütəmadi olaraq sorğuların keçirilməsi, üzləşdikləri çətinlik və problemlərin qısa müddət ərzində aradan qaldırılması və həlli, onlayn əlçatanlığın yaradılması və bu sahə üzrə maraqlı tərəflərin proseslərə cəlb olunması biznes mühitinin daha da yaxşılaşdırmasına xidmət edəcək.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...