Rusiyada Bexterev xəstəliyinin müalicəsi üçün dünyada ilk dərman qeydiyyata alınıb
Rusiya Səhiyyə Nazirliyi Bexterev xəstəliyinin (ankilozlaşdırıcı spondilit - red.) müalicəsi üçün dünyada ilk dərmanı qeydiyyata alıb.
Fhnews.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Səhiyyə Nazirliyi Bexterev xəstəliyinin müalicəsi üçün dünyada və sinfində ilk hədəfə yönəlmiş dərmanı qeydə alıb. Klinik sınaqların nəticələrinə görə, preparat yüksək effektivlik və təhlükəsizlik profilini göstərib. Dərmanı qeydiyyata aldıqdan sonra istehsalçı şirkət sənaye istehsalına başlaya bilər”, - məlumatda deyilir.
Hazırlanmış dərman bədənin öz hüceyrələrinə hücum edən patoloji T-limfositləri məhv etməyə imkan verir. İlkin klinik tədqiqatlar xəstəliyin gedişatının bütövlükdə orqanizmin immun sisteminin fəaliyyətini azaltmadan dayandırıldığını təsdiqləyib.
Bexterev xəstəliyi ankilozlaşdırıcı spondilit adlanır. Ankilozlaşdırıcı spondilit - ağrılı, kəskinləşən, fəqərə qırılmasına və osteoparoza səbəb olur. Əsasən onurğanı əhatə etsə də, oynaq və bağlara, bəzən hətta göz, ağciyər, bağırsaq və ürəyə də təsir göstərir. Oma və çanaq sümükləri arasında oma-qalça oynağı ankilozlaşdırıcı spondilitin başladığı yer sayılır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ankilozlaşdırıcı spondilit qarşı dərmana beynəlxalq qeyri-mülkiyyət adı seniprutuq təyin edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...