22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rusiyada 13 mədənçinin çöküntü altında qaldığı mədəndə xilasetmə işləri dayandırılıb

01-04-2024

Rusiyanın Amur vilayətində 13 şaxtaçının çöküntü altında qaldığı “Pioner” filiz mədənində xilasetmə işləri dayandırılıb.

Fhnews.az xəbər verir ki, bu barədə “Pokrovski rudnik” SC məlumat verib.

“Pioner” filiz mədənində martın 18-də çökmə hadisəsi baş verib və 13 nəfər torpağın altında qalıb.

Qrunt suları mədənin bütün ərazisini tamamilə basıb. Qazma işlərinin nəticələri göstərib ki, mədənçilərin yerləşdiyi iş yerləri süxur kütləsi və su ilə doludur.

Qeyd edək ki, “Pioner” mədən və hidrometallurgiya kombinatı Rusiyanın ən böyük qızıl hasilatı müəssisələrindən biridir.

Paylaş: