Rusiya qeydiyyatlı avtomobillər martın 16-dak Finlandiyadan çıxmalıdır
Rusiyada qeydiyyatdan keçən nəqliyyat vasitələrinin sahibləri avtomobillərini martın 16-dək Finlandiyadan çıxarmalıdır.
Fhnews.az xəbər verir ki, əks-halda martın 16-dan sonra Finlandiyada qalan Rusiya dövlət nömrə nişanlı avtomobillər saxlanıla bilər.
“Şənbə günündən etibarən Rusiyada dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinin sürücüləri Finlandiyanın tənzimləyici orqanlarına bu ölkədə həmin avtomobildən istifadə etmək hüququ olduğunu sübut etməlidir”, – deyə Finlandiya Gömrük Nəzarəti Departamentinin saytında dərc olunan məlumatda bildirilir.
Eyni zamanda, aprelin 14-dək sərhəd-keçid məntəqələri bağlı olduğu üçün Finlandiyadan şərq sərhədindən çıxmaq mümkün olmayacaq.
Qeyd edək ki, bundan öncə Avropa İttifaqının Rusiya ilə həmsərhəd olan bütün beş ölkəsi -Polşa, Finlandiya, Estoniya , Latviya və Litva Rusiyada qeydiyyatdan keçən avtomobillərin ölkəyə girişinə qadağa qoyub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...