Rusiya “FAB-3000” bombalarının kütləvi istehsalına başlayıb
Rusiya “FAB-1500” bombalarının istehsalını iki dəfə artırıb və “FAB-3000”-in kütləvi istehsalına başlayıb.
Fhnews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Nijni Novqorod vilayətindəki müəssisədə aviasiya bombalarının, eləcə də müxtəlif çaplı artilleriya və tank mərmilərinin istehsalına baxış keçirib.
Məlumat verilib ki, müəssisə “FAB-500” və “FAB-1500” aviabombalarının istehsalını artırıb, cari ilin fevral ayından isə “FAB-3000”-in kütləvi istehsalı təşkil edilib.
FAB güclü və çoxyönlü dağıdıcı təsirə malik aviabombalardır. “FAB-3000” 3000 kiloqramlıq idarə olunmayan bombalardır və əsasən bunkerlər kimi möhkəm obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub. Onun partlayıcı kütləsi 1400 kiloqram və dağıdıcı radiusu 46 metrdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...