23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

15-07-2024
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titovla görüşüb.

Fhnews.az xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf etdiyi, dövlət başçılarının ölkələrimiz arasında münasibətlərin genişlənməsinə önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, Rusiya ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti regional tərəfdaşlığın genişləndirilməsi üçün yeni fürsətlər təqdim edir.

Dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlıq və dialoqun qurulması vacibdir. Qeyd olunub ki, Azərbaycanın 4-cü Könüllü Milli hesabatı Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda yerləşən Baş Qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunub. Azərbaycan dünyada 5 ölkədən biri olmaqla, regionda və MDB məkanında yeganə ölkədir ki, 4-cü Könüllü Milli Hesabatını təqdim edib.

Görüşdə ölkələrimizin iqtisadi əlaqələrini gücləndirmək üçün potensial istiqamətlərin müzakirəsinin önəmi vurğulanıb. Dayanıqlı inkişaf və ətraf mühit, sosial və idarəetmə üzrə birgə iş, davamlı təşəbbüslərin dəstəklənməsi, qarşılıqlı investisiyaların və özəl sektorda tərəfdaşlığın təşviqi, həmçinin COP29 çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.

Paylaş: