22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Roma məzarının sirri 20 ildə çözüldü

13-05-2024
IMG

20 il əvvəl Avstriyada tapılan məzarda bir-birini qucaqlayan iki şəxsin ana və qızı olduğu məlum olub. Avropa ölkəsində ilk dəfə olaraq Roma dövrünə aid belə məzar tapılıb.Beləki, 2004-cü ildə arxeoloqlar qədim Roma şəhəri Ovilavadakı indi Uels kimi tanınan qəbiristanlıqdan qızıl boyunbağılar, iki nəfərin və bir atın qalıqlarını aşkar ediblər. Eramızın 6-7-ci əsrlərinə aid edilən məzardakı insanların bir-birini qucaqlaması onların evli cütlük olduğu fikrinə səbəb olub.

Lakin Vyana Universitetinin tədqiqatçıları DNT analizi və radiokarbondan istifadə edərək bu kəşflə bağlı bəzi yanlış təsəvvürləri düzəldiblər.

İlkin ehtimal ediləndən 500 il daha yaşlı olduğu təsbit edilən məzarın eramızın 2-3-cü əsrlərinə Roma dövrünə aid olduğu ortaya çıxdı. Tədqiqatçılar insanların cinsini və öldüyü yaşları da müəyyən edib. Onların birinin 20-25, digərinin isə 40-60 yaşlarında ana-qız olduğu müəyyən edilib.

Qadınların atla və qızıl boyunbağılarla dəfn edilməsi onların yuxarı təbəqəyə aid olduğunu göstərsə də, arxeoloqlar onların Romalı olmadığı qənaətindədirlər.Çünkü romalıların atlarla birlikdə basdırılması son dərəcə nadirdir.

Hagmanna görə, ikili atları ilə birlikdə dəfn edildiyi bilinən Keltlər ola bilər. Sümüklərin tədqiqi nəticəsində arxeoloqlar yaşlı qadının tez-tez at sürdüyünə dair dəlillər də tapıblar.İki nəfərin niyə birlikdə dəfn edildiyi bəlli olmasa da, tədqiqatçılar onların eyni vaxtda xəstəliyə tutulduqlarını  və öldüklərini ehtimal edirlər.

Paylaş: