Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi iyunun 23-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Fhnews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Namizədlər DİM-in saytında müvafiq linkə daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
İmtahan saat 10:00-da başlanacaq və saat 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...