Respublika Pediatriya Mərkəzi yaradılıb
Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.
Fhnews.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyin artırılması, uşaqların müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır.
TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yaradılan Respublika Pediatriya Mərkəzinə direktor təyinatı olub. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib. Mərkəzin direktoru kollektivə təqdim edilib.
Məlumat üçün bildirək ki, Azər Əhmədov Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. Türkiyənin Ankarada Qazi Universitetində təhsilini davam etdirərək doktoranturada oxuyub və həmin şəhərdə özəl tibb müəssisələrində çalışıb. Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib. Təyinat müddətinədək Ege Hospitalda pediatr kimi çalışıb.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...