24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Reklamlarda müəlliflik hüququ qorunmalıdır

17-07-2024
IMG

İyulun 16-da Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov ilə görüşüb.

Fhnews.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Görüşdə Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. O, Agentliyin strukturu və tabeliyində olan qurumların fəaliyyət istiqamətlərindən də danışıb. K.İmanov qeyd edib ki, Dövlət Reklam Agentliyi reklamlarda müəlliflik hüququnu qorumalıdır. Əqli Mülkiyyət Agentliyi bu sahədə Dövlət Reklam Agentliyinə kömək etməyə hər zaman hazırdır.

F.Adıgözəlov Dövlət Reklam Agentliyinin strukturu, ölkədə reklam fəaliyyəti və bu sahənin inkişafı məsələlərindən danışıb, Agentlikdə aparılan islahatlar haqqında məlumat verib.

Görüşdə iki qurumun qarşılıqlı fəaliyyət istiqamətləri, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub. Agentliklər arasında əməkdaşlıq haqqında yaxın zamanda memorandumun imzalanması məqsədəuyğun sayılıb.

Paylaş: