Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava
Aprelin 23-ü saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb.
Fhnews.az xəbər verir ki, Milli Hidrometorologiya Xidmətindən verilən məlumata görə, Şahdağa sulu qar yağıb.
Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızda 6 mm, Qax, Göygöl, Ağsu, Daşkəsən, Gədəbəy, Şəmkir, Ceyrançöl, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Astara, Mingəçevirdə 5 mm-dək olub.
Aprelin 22-də şimal-qərb küləyi arabir Balakən, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...