24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Rəsədxanada ustad dərsi: Qalaktikaların xüsusiyyətləri
 

05-06-2024
IMG

İyunun 5-də Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının gənc tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib.

Fhnews.az xəbər verir ki, bu barədə rəsədxanadan məlumat verilib.

Tədbirdə rəsədxananın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri dosent Nazim Hüseynov “Qalaktikaların xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi qalaktikaların kəşfi, orada müşahidə olunan qırmızı sürüşmə, bir-birindən uzaqlaşmanın ümumi qanunu (Habl qanunu), qalaktikaların morfoloji təsnifatı, qrupları və topaları, Süd yolu qalaktikası və fəal nüvəli qalaktikalar haqqında danışıb. Həmçinin qalaktikaların yaranma səbəbləri, morfoloji quruluşunun fərqli olması haqqında müasir təsəvvürlərə toxunub.

Sonda mövzu ilə bağlı diskussiya aparılıb, suallar cavablandırılıb.

Paylaş: