22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rəsədxana: Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib

01-04-2024

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Fhnews.az xəbər verir ki, Rəsədxanadan verilən məlumata görə, son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib. Hesabat dövrü ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial tac dəliyi qeyd olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 kilometr/saniyəyədək artıb.

Hazırda Günəş küləyinin sürəti 490 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir. Kp indeksi 3.3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir.

Proqnoz günlərində (1-7 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir.

Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə artacağı gözlənilir. Yüksəksürətli tac dəliyi zərrəciklərinin təsirı ilə geomaqnit sahəsinin aprelin 4-dək qeyri-stabil və aktiv səviyyələrdə, sonra isə sakit olacağı proqnozlaşdırılır.

Paylaş: