Qubernator: “Crocus City Hall”da axtarış işləri davam etdirilir
Terror aktının törədildiyi “Crocus City Hall”da xilasetmə əməliyyatları başa çatıb, lakin axtarış işləri hələ davam etdirilir.
Fhnews.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.
“Faciə yerində xilasetmə əməliyyatları başa çatıb. Axtarış isə davam edir. Bu gün xilasedicilər tamaşaçı zalının böyük hissəsini təmizləyiblər. Gün ərzində dağıntılar altından 133 cəsəd çıxarılıb, 50 nəfərin şəxsiyyəti artıq müəyyən edilib. İndi onların qohumları tərəfindən tanınması prosesi başlayacaq. Xəstəxanalarda həkimlər 107 nəfərin sağ qalması üçün mübarizə aparırlar”, - deyə qubernator “Telegram” kanalında yazıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...