Qlobal okean səthinin temperaturu 21,2 dərəcəyə çatıb
Dünya üzrə okean səthinin gündəlik orta temperaturu mart ayında 21,2 dərəcə ilə indiyə qədər qeydə alınmış ən yüksək temperature həddinə çataraq 2023-cü ilin rekordunu qırdı.
Maine Universitetinin İqlim Reanalizatoru və ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatlarına görə, qlobal istiləşmə də okean səthində temperaturun artmasına səbəb olub.
Məlumata görə, 2023-cü ildə okeanın ən yüksək temperaturu 21,1 dərəcə ilə avqust ayında qeydə alınıbsa, bu il okean səthinin temperaturu rekordu 21,2 dərəcə ilə mart ayında qırılıb.
NOAA əməkdaşı okeanoloq Qreqori Conson isə CNN-ə bildirib ki, 2023-cü ildə ölçülən orta qlobal okean temperaturu 2022-ci ildən 0,25 dərəcə yüksəkdir və bu artım bir ildə 20 illik istiləşməyə uyğundur.
Conson atmosferdəki istixana qazlarının konsentrasiyası artdıqca rekord temperaturların davam edəcəyini ifadə edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...