Qırmızı dənizdə ekoloji fəlakət
Ammonyak və neft daşıyan Britaniyaya məxsus “Rubymar” gəmisinin batmasından sonra Yəmən rəsmiləri husilərin vurduğu gəminin Qırmızı dənizdə böyük ekoloji fəlakətə səbəb olacağından ehtiyatlanır.
Yəmənin Taiz əyalətinin Balıqçılıq Departamentinin direktoru Vadah əl Mədhaci "Bu, fəlakət olacaq"-deyərək əlavə edib ki, bütün canlılar bu hadisədən müxtəlif dərəcədə təsirlənəcək. Kimyəvi çirklənmə illər boyu davam edəcək.
Madhaci kimyəvi çirklənmədən sağalmağın Yəmən və elmi- texnoloji imkanları aşağı səviyyədə olan qonşu ölkələr üçün çox çətin olacağını bildirib.Çünkü bölgədəki insanların yeganə gəlir mənbəyi balıqçılıqdır. Ölkə rəsmiləri çirklənmənin təsirlərini azaltmaq üçün geniş miqyasda beynəlxalq əməkdaşlığa ehtiyac duyduqlarına diqqət çəkib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...