Qırmızı dənizdə batan yük gəmisində 21 min ton gübrə olub
Qırmızı dənizdə batan Britaniyaya məxsus "Rubymar" yük gəmisi kimyəvi tərkibi ammonium fosfat və ammonium sulfatdan ibarət olan təxminən 21 min ton gübrə daşıyırdı.
Fhnews.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.
“Gəminin daşıdığı təxminən 21.000 ton ammonium sulfat və ammonium fosfat gübrələri Qırmızı dənizdəki ətraf mühit üçün risk yaradır", - CENTCOM-un X sosial şəbəkə səhifəsində yazılıb.
Şənbə günü səhər saatlarında Yəmən hökuməti “Rubymar” gəmisinin Qırmızı dənizdə batdığını bildirib.
Birləşmiş Ərəb Əmirliklərindən Bolqarıstana üzən yük gəmisi fevralın ortalarında husilərin hücumu nəticəsində ciddi ziyan görmüşdü. Heyət təcili olaraq gəmini tərk etmişdi. "Rubymar"in ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin köməyi ilə yedəyə alınaraq Səudiyyə Ərəbistanının Ciddə limanına aparılacağı gözlənilirdi.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...