Qəzzada bombardmanlar iqlim fəlakətinə səbəb olur
İngiltərənin “The Guardian” qəzeti İsrailin Qəzzaya hücumlarının yaratdığı humanitar fəlakətlə yanaşı, iqlim dəyişikliyinə qarşı qlobal səylərə də böyük ziyan vurduğunu yazıb.
İngiltərə və ABŞ-da tədqiqatçıların apardığı araşdırmaya dair məlumat verən qəzet İsrailin hücumlarının ilk 2 ayında qlobal istiləşmədən ən çox təsirlənən ölkələrin illik karbon izindən daha çox zərərli emissiya istehsal edildiyini bildirib.
Qəzetin araşdırmasına görə, oktyabrın 7-dən sonrakı ilk 60 gündə hasil ediləcəyi təxmin edilən 280 min metrik ton karbon qazının böyük hissəsi İsrailin Qəzzanı bombardmanları və quru işğalı nəticəsində təşkil edib. İsrailin hücumlarının ən az 150 min ton kömür yandırmağa bərabər olduğu bildirilərkən, real rəqəmin müxtəlif məhdudiyyətlərlə aparılan araşdırmalardan daha yüksək olduğu ifadə edilir.
Hələ ekspertizadan keçməmiş araşdırmada təyyarələrin, tankların və digər nəqliyyat vasitələrinin yanacaqlarından çıxan karbon qazı, həmçinin bomba, artilleriya sistemləri və raketlərin qurulması və partlaması nəticəsində yaranan emissiyalar, metan qazının da verdiyi zərər qiymətləndirilib.
İngiltərədəki Kraliça Meri Universitetinin müəllimi Benjamin Neimark bildirib ki, tədqiqat Qəzzaya edilən hücumların iqlim böhranı ilə bağlı ilk təxminlərini göstərdiyi üçün mühümdür: “Bu araşdırma nəhəng karbon emissiyalarının qismən mənzərəsidir. Müharibə bitdikdən sonra uzun müddət qalacaq daha geniş zəhərli çirkləndiricilər qiymətləndirmə mərhələsindədir.”
HƏMAS-ın eyni dövrdə İsrailə atdığı raketlər təxminən 713 ton karbon qazı çıxararaq, iki tərəf arasındakı asimmetriyanı ortaya qoyub.
Birləşmiş Millətlər Təşkilatının iqlimlə bağlı fəaliyyətinin illik hesablamalarında hərbi istixana qazları emissiyaları nəzərə alınmasa da, araşdırma müəllifləri dövlətlərin bu məsələdə də məsuliyyət daşımasını tələb edirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...