22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qəzzada atəşkəs haqqında qətnamə BMT tərəfindən qəbul edilib

26-03-2024

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ramazan ayı ərzində Qəzza zolağında daimi və davamlı atəşkəs və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamə qəbul edib. ABŞ səsvermədə bitərəf qalaraq veto hüququndan istifadə etməyib. 

Qəzza zolağında atəşkəs rejimini nəzərdə tutan qətnamə layihəsi növbəti dəfə BMT Təhlükəsizlik Şurasında səsə qoyulub.Əlcəzair, Qayana, Ekvador, Yaponiya, Malta, Mozambik, Sierra Leone, Sloveniya, Cənubi Koreya və İsveçrə tərəfindən  təqdim edilən qətnamə layihəsində Ramazan ayı ərzində Qəzza zolağında daimi və davamlı atəşkəs və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış var. Qəzza zolağına təcili humanitar yardım göstərməsinə ehtiyac olduğu vurğulanıb. Qətnamə layihəsi 14 lehinə, 1 bitərəf səslə qəbul edilərkən, bitərəf qalan ABŞ veto hüququndan istifadə etməyib.

BMT-nin baş katibi Antonio Quterreş açıqlamasında deyib: “Təhlükəsizlik Şurası Qəzzada çoxdan gözlənilən atəşkəs və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnaməni təsdiqləyib. Bu qərar icra olunmalıdır.”

Paylaş: