Qazaxıstanda 85 mindən çox insan daşqınlardan xilas edilib
Qazaxıstanda mülki müdafiə xidmətləri 85 mindən çox insanı, o cümlədən 30 minə yaxın uşağı daşqınlardan xilas edib.
Fhnews.az Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yüksəkrütbəli zabiti Erasıl Saypaş bu barədə brifinqdə deyib. Onun sözlərinə görə, gecə-gündüz davam edən xilasetmə əməliyyatlarına 16 minə yaxın insan, 2 min 500-dən çox texnika, 131 ədəd üzmə vasitəsi cəlb olunub.
Qeyd edək ki, mart ayının sonu-aprelin əvvəlində Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə ölkənin doqquz rayonunda - Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Ulıtau, Akmola, Karağandı, Atırau, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində yerli miqyasda 29 fövqəladə vəziyyət rejimi tətbiq edilib. 20 rayonda respublika və region səviyyəli operativ qərargahlar fəaliyyətə başlayıb.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...