Qazaxıstanda 6,1 bal gücündə zəlzələ baş verib
Qazaxıstanın cənubunda Almatı şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ olub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmik Stansiya Mərkəzinin verdiyi məlumata görə, episentri Almatıdan 31 kilometr cənubda olan zəlzələ yerli vaxtla saat 11.22-də qeydə alınıb. Almatıda zəlzələ zamanı xəbərdarlıq siqnalı verilib.
Almatı Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada küçələrə çıxan şəhər sakinlərinə panikaya düşməmələri barədə xəbərdarlıq edilib. Açıqlamada can itkisinin olmadığı və zərərlə bağlı məlumat toplama işlərinin davam etdiyi bildirilib.
Zəlzələ qonşu Qırğızıstanın paytaxtı Bişkekdə də hiss olunub.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...