Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
Qazaxıstan və Vyetnam hökumətləri arasında 2023-cü il avqustun 21-də Hanoy şəhərində imzalanan vizasız səyahət haqqında saziş bu il mayın 25-də qüvvəyə minəcək.
Fhnews.az Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
Onun sözlərinə görə, saziş milli pasportlara malik iki ölkənin vətəndaşları üçün viza tələbinin ləğvini nəzərdə tutur. Belə ki, hər iki ölkənin vətəndaşları qarşı tərəfin ərazisinə daxil olduqları tarixdən başlayaraq 30 təqvim günü və hər 6 aylıq dövr ərzində ümumilikdə 90 təqvim günü qala bilərlər.
Xatırladaq ki, aprelin 23-də Qazaxıstan və Tailand arasında da vizasız rejim haqqında saziş imzalanıb.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...