27 noyabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Qazaxıstan Avropa Komissiyası və Avropa İttifaqı ilə Transxəzər marşrutunun inkişafını müzakirə edib

11-06-2024
IMG

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Astanada Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Hernik Xololey və Avropa İttifaqının (Aİ) ölkədəki səfiri Kestutis Yankauskas ilə görüşüb.

Fhnews.az Qazaxıstanın Nəqliyyat nazirliyinə istinadla xəbər verir ki, Alma-Atada baş tutan görüşdə Orta Dəhliz boyu Aİ-Mərkəzi Asiya koordinasiya platformasının açılışı müzakirə olunub.

Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı müzakirə olunub və Transqazaxıstan dəhlizlərinin potensialının öyrənilməsi, yeni infrastruktur layihələrə sərmayə yatırılması məsələlərinə toxunulub.

Paylaş: