Qaradağ və Səbail rayonlarının bəzi hissələrinə qazın verilişi dayandırılıb
Bakının Qaradağ və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.
Fhnews.az xəbər verir ki, “Azəriqaz”dan verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksəktəzyiqli magistral qaz kəmərinin 12-ci kilometrində aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı fevralın 1-dən saat 12:00-dan işlər başa çatanadək “Şıxov” QPS-dən, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, həmçinin Səbail rayonu üzrə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...