Qarabağ Universitetində fənlər üzrə müəllim vakansiyası elan olunur
Qarabağ Universitetində Azərbaycan dilində kommunikativ bacarıqlar, Azərbaycan tarixi, biznes kommunikasiyası, iqtisadiyyata giriş, mikroiqtisadiyyatın əsasları, riyaziyyat, fizika, data analitikasına giriş, təhsilə giriş, psixologiyaya giriş fənləri üzrə müəllim vakansiyası elan edilib.
Fhnews.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
Vakansiya üzrə müraciətlər iyulun 19-dək qəbul olunacaq. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...