Qəhvə sevənlər üçün yeni bir dövr başlayır
Süni intellektin gücü ilə hazırlanmış "AI-conic" adlı yeni qarışıq qəhvə həvəskarlarını təəccübləndirməyə hazırdır...
Finlandiyanın üçüncü ən böyük qəhvə qovurma müəssisəsi olan Kaffa Roastery və süni intellekt konsaltinq şirkəti “Elev” birgə layihəsini təqdim edib.
Paytaxt Helsinkidə yerləşən Kaffa süni intellekt tərəfindən hazırlanmış "AI-conic" adlı qəhvə qarışığını təqdim edərək bunun texnologiyanın ənənəvi olaraq əl sənətkarlığı ilə fəxr edən sektorda iş yükünü yüngülləşdirə biləcəyinə ümid edib.
Süni intellektə "ChatGPT və “Copilot”a bənzər modellərdən istifadə edərək ənənəvi ləzzət birləşmələrinin hüdudlarını aşaraq, qəhvə həvəskarlarının dadına ən uyğun qarışığı hazırlamaq tapşırılıb.
Braziliyanın məxməri Fazenda Pinhal qəhvəsinin üstünlük təşkil etdiyi dörd növ qəhvədən ibarət "AI-conic" adlanan qarışıq süni intellekt tərəfindən müəyyən edilib. İlkin qovurma sınağından və dadma testindən sonra “Kaffa”nın qəhvə mütəxəssisləri texnologiyanın köməyi ilə hazırlanan qarışığın mükəmməl olduğunu deyiblər.
Qeyd edək ki, Beynəlxalq Qəhvə Təşkilatının məlumatına görə, 5,6 milyon əhalisi olan Finlandiya ildə adambaşına 12 kiloqram qəhvə istehlak edir. Bu göstərici ilə Skandinaviya ölkəsi qəhvəyə tələbat üzrə dünyada birinci yerdədir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...