Qabon sahillərində neft platformasında baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb, 1 nəfər itkin düşüb
Qabon sahillərində “Perenco oil&gas Gabon” şirkətinin neft platformasında baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb, 1 nəfər itkin düşüb.
Fhnews.az xıbır verir ki, bu barədə yerli “GabonReview” nəşri məlumat yayıb.
Qəzet neft şirkətindən sitat gətirib: "Təcili yardım qrupları axtarışları davam etdirmək üçün hələ də ərazidədir".
“Perenco oil&gas Gabon” 4 nəfərin öldüyünü, 2 nəfərin təcili xəstəxanaya yerləşdirildiyini və bu qurbanlardan birinin daha sonra xəstəxanada dünyasını dəyişdiyini bildirib. Əlavə edilib ki, yanğın martın 20-də baş verib. Hazırda itkin düşmüş şəxsin axtarışları davam etdirilir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...