Qabiliyyət imtahanlarında iştirak edəcək konsertmeysterlərin nəzərinə
18, 19, 22, 23, 24, 26, 27, 28, 31, 36-cı qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlərin konsertmeysterləri Dövlət İmtahan Mərkəzini (DİM) saytında müvafiq linkdə qeydiyyatdan keçə bilərlər.
Fhnews.az xəbər verir ki, DİM-dən bildirilib ki, konsertmeysterlər bir növbə üzrə ən çoxu üç abituriyenti müşayiət edə bilər.
Konsertmeyster imtahan binasına daxil olarkən şəxsiyyətini təsdiq edən sənədin əsli ilə (şəxsiyyət vəsiqəsi) birlikdə imtahana buraxılış vərəqəsini də təqdim etməlidir.
Qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin konsertmeysterlərinin qeydiyyatı mütəmadi olaraq abituriyentlərin imtahana buraxılış vərəqəsi sistemə yerləşdirildikdən sonra həyata keçirilir.
Göstərilən komissiyalar üzrə abituriyentlərin buraxılış vərəqələri gün ərzində şəxsi kabinetdə yerləşdiriləcək.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...