Qəbələ rayonunda yanğın təhlükəsizliyinə dair regional seminar-müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Xidmətin təşəbbüsü ilə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Qəbələ rayonunda regional seminar-müşavirə keçirilib.
Tədbirdə Xidmətin nümayəndələri ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qəbələ, Şamaxı, Ağsu, İsmayıllı, Ağdaş, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının icra hakimiyyətlərinin məsul şəxsləri, bələdiyyə sədrləri, sahibkar və fermerlər iştirak ediblər.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısınin müavini Arif Allahverdiyev, Şimal-Qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev və FHN Dövlət Yanğın Nəzarəti Xidməti Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Azad Cavadov və seminar-müşavirədə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq dövlət qurumları arasında əməkdaşlığın vacibliyini nəzərə çatdırıblar.
Seminar-müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonun ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, biçilmiş taxıl sahələrinin yandırılmasının yolverilməz olduğu diqqətə çatdırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub. Tədbirdə yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.
Seminar-müşavirədə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb və tədbir iştirakçılarına dənli və texniki bitkilərin yığılması dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Xidmət tərəfindən hazırlanan plakat və kitabçalar paylanılıb.
Seminar-müşavirədən sonra “Aqroservis” ASC-nin Yevlax regional nümayindəliyinin Ağdaş rayon bölməsində taxıl yığımına cəlb olmuş texnikalara və həmin texnikaların təchiz olunduğu ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib, yanğın təhlükəsizliyinə məsul şəxslərlə maarifləndirici söhbətlər aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...