Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması üzrə imtahanın nəticələri açıqlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
Fhnews.az xəbər verir ki, İdarədən verilən məlumata görə, nəticələrə əsasən, test imtahanında iştirak edən 94 namizəddən 22-si 30 sualdan 18 və daha çoxunu doğru cavablandıraraq müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb. Test imtahanının nəticələri namizədlərin elektron poçt ünvanlarına göndərilib.
Müsabiqənin müsahibə mərhələsinə iyunun 13-dən start veriləcək.
Müsahibənin vaxtı haqqında məlumat öncədən namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndərilib.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri və fərdi səriştələri nəzərə alınacaq.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...