22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Pozuntularla əlaqədar klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb (foto)

16-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Belə ki, keçirilən nəzarət tədbirləri çərçivəsində “Şans Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir şəhərində yerləşən filialında ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi və klinikada 2023-cü ildə aparılmış yoxlama zamanı radiasiya təhlükəsizliyi üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, Agentlik tərəfindən “Şans Tibb Mərkəzi” MMC-nin Şəmkir şəhərində yerləşən filialında rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş: