Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 5 həftə ərzində elan olunacaq
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçirilib.
Fhnews.az xəbər verir ki, DİM-dən verilən məlumeta görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvan şəhərlərində ümumilikdə 10 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 232 nəzarətçi, 31 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 5 həftə ərzində elan olunacaq.
Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) avqustun 11-də keçiriləcək və imtahanda iştirak etmək üçün qeydiyyat iyulun 30-dək davam edəcək.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...