Paris Olimpiadasından əvvəl Sena çayında çirklənmə xəbərdarlığı
Fransada iyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris Olimpiya Oyunlarında bəzi yarışların keçiriləcəyi Sena çayının çirklənmə səbəbindən üzgüçülük üçün uyğun olmadığı müəyyən edilib.
Ətraf Mühit Təşkilatı Surfrider Fondation bildirib ki, Paris Olimpiya Oyunlarında marafon üzgüçülük, triatlon və paratriatlon yarışlarının keçiriləcəyi çaydan son 6 ayda toplanan bütün nümunələr suyun keyfiyyətinin qeyri-adekvat olduğunu göstərir.
2023-cü ilin sentyabr ayından bəri Sena çayındakı 3-cü Aleksandr və Alma körpülərinin altından götürülmüş 14 nümunədən 13-də Beynəlxalq Üzgüçülük Federasiyasının müəyyən etdiyi standartları aşaraq müxtəlif bakteriyalar, xüsusilə E. coli və enterokoklar olduğu qənaətinə gələn Surfrider Fondu çayın üzmək üçün uyğun olmadığını bəyan edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...