Palçıq vulkanlarına dair məqalə nüfuzlu jurnalda nəşr olunub
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun alimləri - AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, professor Adil Əliyev, dosent Orxan Abbasov, yer elmləri üzrə fəlsəfə doktoru Tofiq Rəşidov və doktorant İlkin Kəngərlinin birgə tədqiqatları əsasında ərsəyə gəlmiş elmi nəticələr nüfuzlu “Springer” nəşriyyatına aid “Geoheritage” jurnalında çap olunub.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, beşillik impakt faktoru 3,3 olan jurnala təqdim olunmuş məqalə Azərbaycanda ən sıx paylanma nümayiş etdirən palçıq vulkanlarının geopark obyekti daxil olmaqla, həm də regionun gələcək geoturizminə töhfəsi baxımından potensialının qiymətləndirilməsinə həsr edilib. Bu baxımdan alimlərimizin araşdırmaları, əsasən ölkə sərhədləri daxilində palçıq vulkanlarının spesifik yayılma, təzahür və fəaliyyət xüsusiyyətlərinin, həmçinin təsnifatlarının tədqiqini özündə əks etdirir.
Əldə edilmiş zəngin materialların təhlilləri əsasında Azərbaycanın turizm potensialı daşıyan palçıq vulkanları geoirs statuslu obyektlər kimi təklif olunub.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...