Pakistanda şiddətli yağışlar 30 nəfərin ölümünə səbəb olub
Pakistanda yağışla bağlı insidentlər səbəbindən azı 30 nəfər ölüb, onlarla insan yaralanıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Pəncab əyalətində ildırım vurması nəticəsində 18 nəfər həyatını itirib, beş nəfər xəsarət alıb. Bəlucistan əyalətində səkkiz nəfər, Xeyber-Paxtunxva əyalətinin şimal-qərbində isə azı beş nəfər həlak olub, ondan çox insan yaralanıb. Ölənlər arasında uşaqların da olduğu bildirilir.
Məlumatda qeyd edilir ki, şiddətli yağışlar ölkənin digər yerlərində də bir neçə evə ziyan vurub, sakinlər təhlükəsiz ərazilərə təxliyə olunub.
Hakimiyyət orqanları vətəndaşları və turistləri təbii fəlakətin təsirinə məruz qalmış bölgələrə səyahətlərdən çəkinməyə çağırıb. Yaranmış vəziyyətlə əlaqədar xilasetmə və yardım əməliyyatları davam edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...