Pakistanda güclü yağışlar azı 10 nəfərin həyatına son qoyub
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində həftəsonu yağan güclü yağış və dolu nəticəsində azı 10 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Fhnews.az xəbər verir ki, “The Express Tribune” qəzeti bu barədə təbii fəlakətlərin ıdarə olunması üzrə yerli idarəyə istinadla məlumat yayıb.
Məlumata görə, təbii fəlakətdən ən çox Pişəvər şəhəri, həmçinin Bacaur, Mansehra, Bannu və Şimali Vəziristan bölgələri zərər çəkib. Onlarla yaşayış binası tamamilə və ya qismən dağılıb, iqtisadiyyata ciddi ziyan dəyib. Ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır.
Hakimiyyət orqanları zərər çəkən sakinlər üçün humanitar yardım mərkəzləri açıb və təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün fəaliyyətə başlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...