Pakistanda binanın çökməsi nəticəsində doqquz nəfər ölüb
Pakistanın şərqindəki Pəncab əyalətinin Multan şəhərində üçmərtəbəli yaşayış binasının çökməsi nəticəsində doqquz nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.
Fhnews.az Associated Press of Pakistan saytına istinadla xəbər verir ki, hadisə şəhərin “Haram Gate” ərazisi yaxınlığında baş verib.
Xilasetmə əməliyyatına rəhbərlik edən fövqəladə hallar üzrə səlahiyyətli nümayəndə Kalim Ullahın açıqlamasına görə, ölənlərin yeddisi bir ailənin üzvləridir. Hadisə ilə bağlı araşdırma aparılır.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...