Pakistan İraqa “JF-17” qırıcıları və təlim təyyarələri tədarük edəcək
Pakistan öz istehsalı olan 12 ədəd “JF-17” Thunder qırıcısının və eyni sayda “MFI-395 Super Mushshak” təlim təyyarəsinin tədarük edilməsi üçün İraqla saziş imzalayıb.
Fhnews.az “EurAsian Times”-a istinadla xəbər verir ki, tədarük əməliyyatının məbləği 1,8 milyard dollar təşkil edir. Məlumata əsasən, sözügedən qırıcıların və təlim təyyarələrinin tədarükü haqqında saziş İslamabaddakı danışıqlar zamanı imzalanıb.
“JF-17 Thunder” Çin və Pakistan tərəfindən birgə işlənərək hazırlanıb və onun istehsalına 2009-cu ildə başlanılıb. Qırıcı sürətini saatda 2205 kilometrədək artırmaq qabiliyyətinə malikdir. O, “hava-hava” və “hava-yer” təyinatlı raketləri və digər silahları daşıya bilir.
“JF-17” qırıcıları hazırda Pakistan Hərbi Hava Qüvvələrinin əsas qırıcı təyyarələri hesab olunur və Çin istehsalı olan “F-7” təyyarələrinin köhnəlmiş parkını, habelə ölkənin aviasiya xidmətində olan Fransa istehsalı “Mirage III” və “Mirage V” modellərini əvəz etmək üçün hazırlanıb. Çin-Pakistan istehsalı olan bu qırıcılar, həmçinin Myanma və Nigeriya Hərbi Hava Qüvvələrinin parkına qəbul edilib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...