22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Özbəkistanda qurumuş Aral dənizi yaşıllaşdırılır
 

15-03-2024

Qurumuş Aral dənizinin dibinin abadlaşdırılması ilə Özbəkistanın Ekologiya Nazirliyi, Ətraf Mühit və Ekoloji Texnologiyalar Elmi-Tədqiqat İnstitutu, eləcə də “Iveco Group” şirkəti məşğul olur. Ərazinin yaşıl otlaqlara çevrilməsi nəzərdə tutulur.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, hazırda abadlıq-quruculuq tədbirləri iştirakçılarının birgə səyləri nəticəsində 10 hektar sahədə 10 minə yaxın ting əkilib.

Gələcəkdə səhra zonasında otlaqların yaradılması torpaqların deqradasiyasının qarşısını alacaq və ətraf mühiti yaxşılaşdıracaq. Eyni zamanda, Aral dənizinin dibindən toz qaldıran qum fırtınaları daha az olacaq.

Özbəkistanda Aral dənizinin yerində əmələ gələn Qaraqum səhrasının abadlaşdırılması işləri 2018-ci ildən davam edir. Burada 6 il ərzində 1,73 milyon hektar sahədə kol-kos və ağaclar əkilib. 2024-cü ildə respublika rəhbərliyi 150-200 min hektar səhra ərazisini yaşıllaşdırmağı planlaşdırır.

Paylaş: