Ötən il dünyada 37 min kvadratkilometr tropik meşə məhv olub
2023-cü ildə dünya üzrə 37 min kvadratkilometr tropik cəngəllik sıradan çıxıb.
Fhnews.az xəbər verir ki, ABŞ Dünya Resursları İnstitutunun açıqlamasına görə, bu göstərici əvvəlki illə müqayisədə təxminən 4 min kvadratkilometr azdır. Buna baxmayaraq, itirilmiş meşə sahəsi təxminən Şimali Reyn-Vestfaliya ilə eyni ölçüdədir.
Braziliyada 2023-cü ildəki azalmaya baxmayaraq, ölkə hələ də ən çox meşə itkisinə məruz qalanlar siyahısındadır. Kolumbiyanın meşə itkiləri əvvəlki illə müqayisədə təxminən iki dəfə azalıb. Kanada, Konqo Demokratik Respublikası, Boliviya və İndoneziyada isə meşələrin kəskin şəkildə azalması müşahidə olunur. Tropik meşələrə zərər vuran hallar arasında təbiət yanğınları əsas yerlərdən birini tutur.
ABŞ Dünya Resursları İnstitutunun rəhbərlik etdiyi çoxsaylı ətraf mühit təşkilatları 2014-cü ildən bəri peyk texnologiyasından istifadə etməklə, bütün dünyada meşə sahələrindəki dəyişiklikləri izləyir. Merilend Universitetinin tədqiqatçıları ilə birlikdə illik hesabat hazırlanakən bu məlumatlardan istifadə edilir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...