Ötən il Azərbaycanda ümumi daxili məhsul 123 milyard manat təşkil edib
2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib, hökumət və Mərkəzi Bank tərəfindən atılan addımlar inflyasiyanın birrəqəmli səviyyəyə enməsini şərtləndirib.
Fhnews.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası” haqqında hesabatda bildirilib.
Qeyd edilib ki, 2023-cü ildə Azərbaycan Respublikasında ümumi daxili məhsul (ÜDM) real ifadədə 1,1 faiz artmış və nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınıb. 2023-cü ildə adambaşına düşən ÜDM real ifadədə 0,5 faiz artaraq 12,1 min manat təşkil edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...