Ötən ay özəlləşmə və icarədən dövlət büdcəsinə 15 milyon manatdan çox vəsait daxil olub
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar ayı ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 15,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Fhnews.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, cari ilin ilk ayı ərzində 4 hərrac keçirilib. Hərraclarda 37 nəqliyyat vasitəsi özəlləşdirilib. Yanvar ayında hərraca çıxarılmış dövlət əmlakı üzrə 63 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb.
Cari ilin yanvar ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 12,3 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.
İlin ilk ayı ərzində 46-sı qeyri-yaşayış, 155-i isə torpaq sahələrinə aid olmaqla, ümumilikdə 201 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin yanvar ayında dövlət büdcəsinə 3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...