Ötən ay beynəlxalq istiqamətlərdə sərnişin daşımalarının 50 faizi xarici aviaşirkətlərin payına düşüb
Bu ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 471 mindən çox sərnişinə xidmət göstərərək sərnişin axınını artırmaqda davam edir. Bu, 312 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,7 faiz çoxdur.
Fhnews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, fevral ayında 13-i aşağı büdcəli (loukoster) olmaqla, 33 aviaşirkət 3853 reys həyata keçirib. Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 50,5 faiz xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 215 mindən çox, “Azərbaycan Hava Yolları” isə 211 min sərnişinə xidmət göstərib. Naxçıvan istiqamətində 44 mindən çox sərnişin daşınıb. Bununla yanaşı, tranzit sərnişinlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 106 faiz artaraq 25 min nəfər təşkil edib.
Cari ilin fevral ayında Bakı hava limanından ən populyar beynəlxalq istiqamətlər İstanbul, Əbu-Dabi, Tbilisi, Dubay və Moskva şəhərləri olub ki, burada 228 mindən çox sərnişinə xidmət göstərilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...