Ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur
Faktiki hava açıqlanıb.
Fhnws.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
İyunun 1-i saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Gəncə, Daşkəsən, Gədəbəy, Şəmkir, Naxçıvan,Tərtər,Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Yevlax, Sarıbaş (Qax), Göyçay rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Zaqatala rayonuna diametri 5 mm, Gədəbəy rayonunun Maarif, Qaradağ, Arıqdam kəndlərinə 8-10 mm, Düzyurd kəndinə isə 6-8 mm dolu düşüb.
Əvvəlcədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 28 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s, İsmayıllıda 18 m/s, Göygöldə 17 m/s təşkil edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...