Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetinin SABAH qruplarında təhsil haqqı xərclərindən azad olunacaqlar
Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində təhsil haqqı xərclərindən azad olunacaqlar.
Fhnews.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2. İbtidai sinif müəllimliyi
3. Riyaziyyat müəllimliyi
4. Xarici dil müəllimliyi (ingilis dili)
5. Hüquqşünaslıq
6. Beynəlxalq münasibətlər
7. Maliyyə
8. Mühasibat
Qarabağ Universitetinin SABAH qruplarını niyə seçməli?
1. Qarabağ Universitetinin ilk tələbəsi olmaq
2. Ödənişsiz təhsil
3. Ödənişsiz yataqxana
4. Hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara əlavə təqaüd
5. Hər bir tələbəyə kompüter
6. Müasir maddi-texniki bazası olan universitet kampusu
7. Yeni məzmunlu təhsil proqramları
8. Peşəkar yerli və əcnəbi professor-müəllim heyəti
9. Beynəlxalq, yerli ikili diplom və mübadilə proqramları
10. Elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...