Otuz şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında 30 şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Gəncə, Mingəçevir, Şəmkir, Ağsu, Ağdaş, Astara, Ağdam, Beyləqan, Bərdə, Cəlilabad, Göygöl, Goranboy, Xaçmaz, Qax, Qazax, Quba, Lənkəran, Masallı, Naftalan, İsmayıllı, Samux, Sabirabad, Salyan, Şabran, Şirvan, Ucar, Qax, Qazax, Tovuz və Zaqatalada yaradılan günərzi qayğı mərkəzlərində ümumilikdə 900 uşağa xidmət göstəriləcək.
Günərzi mərkəzlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin korreksiya, abilitasiya, reabilitasiya və sair xidmətlərlə, psixoloji dəstəklə təminatı nəzərdə tutulub.
Habelə onlara sosial inkluziyanın təmin edilməsi, maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi üçün xidmətlər göstəriləcək.
Həmin layihələr azyaşlıların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...