Osmanlı İmperatorluğunun "gül bağı" Ədirnə…
Osmanlı dövründə qızılgül mədəniyyətinin mərkəzi olduğu bilinən Ədirnədə şəhərin yenidən bu sahədə söz sahibi olması üçün işlər aparılır.Tarixi məlumatlara görə, şəhərdə Osmanlı sarayının qızılgül suyu və qızılgül yağının əhəmiyyətli bir hissəsini təmin edən 10 min dekar sahədə qızılgül bağları var.Övliya Çələbinin “Səyahətnamə”sində təriflədiyi qızılgül istehsalının bərpası üçün 4 il əvvəl Trakya Universitetinin rəhbərliyi ilə işə başlanılıb.
Universitetdə qızılgül bağları yaradılıb, Ədirnə qızılgülünün yağ keyfiyyəti və becərilməsi xüsusiyyətləri ilə bağlı tədqiqat layihələri həyata keçirilib. Yığılmış qızılgüllərin yağı çıxarılaraq qızılgül suyu və qızılgül mürəbbəsi istehsal edilib. Trakya Əkinçilik Araşdırma İnstitutu və Ədirnə Bələdiyyəsi də şəhərin müxtəlif bölgələrində qızılgül bağları qurub.
10 min kvadratmetr sahədə 3 minə yaxın gövdəli qızılgül əkilib və şəhərin qızılgülçülükdə önə çıxması üçün işlər davam etdirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...