22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Olimpiada üçün Fransaya əlavə qüvvələr göndəriləcək

29-03-2024

Olimpiya Oyunlarına 4 ay qalmış Fransanın paytaxtı Parisdə təhlükəsizliklə bağlı narahatlıqlar artır. Bu prosesdə təhlükəsizliyin necə təmin ediləcəyi maraq doğurur. Fransa Müdafiə Nazirliyi bir çox ölkələrin Olimpiya Oyunları zamanı Parisə əlavə qüvvələr göndərəcəyini açıqlayıb.

Ötən həftə Rusiyanın paytaxtı Moskvada baş vermis terror aktı Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Fransada ciddi həyəcan doğurub.

Fransa Müdafiə Nazirliyi bu müddət ərzində bir çox ölkənin Parisə əlavə qüvvələr göndərəcəyini açıqlayıb.

Qeyd edək ki, yanvar ayında Fransa Olimpiya oyunlarının təhlükəsizliyini təmin etmək üçün 46 ölkəyə müraciət etmişdi.Bu günə qədər 35-dən çox ölkədən müsbət cavab alınıb.Nəhayət, Polşa da əlavə qüvvələr göndərəcəyini açıqlayıb.

Bildirilir ki, iyulun 26-da Paris Olimpiadasının açılış mərasimində 45 min jandarm və polis əməkdaşı iştirak edəcək.Avqustun 11-dək davam edəcək Olimpiya Oyunları zamanı hər gün 35 min asayiş keşikçisi vəzifə başında olacaq.

Paylaş: