Odessaya dron hücumu nəticəsində yaşayış binası dağılıb
Rusiyaya məxsus pilotsuz təyyarə Ukraynanın Odessa şəhərində çoxmərtəbəli yaşayış binasına çırpılıb. Hadisə nəticəsində iki nəfər həlak olub.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi xəbər yayıb.
Məlumata görə, biri uşaq olmaqla daha yeddi nəfər yaralanıb.
Xilasetmə əməliyyatı davam edir, dağıntılar altında 10-a yaxın insanın qala biləcəyi vurğulanıb.
“Axtarışlara kinoloqlar cəlb olunublar”, - deyə DİN-dən bildirilib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...