Novruz bayramında Bakı–Qəbələ–Bakı marşrutu üzrə xəttə əlavə 10 qatar reysi təyin edilib
Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək.
Fhnews.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, martın 20-26-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...